""
Привет: Гость
Новости
HOSTun hansi trackini daha chox beyenirsen?
Всего ответов: 761
Арфих
Главная » 2009 » Август » 18 » HOST - Yorgun
HOST - Yorgun
15:55
H.O.S.T.-Yorğun
Qoy bu nəğmə laylan olsun,
Ağlasın bəbəklərin, yuyulsun körpə yuxuda qanadlansın aləm
Qoy bu nəğmə dünyan olsun olsun
Gizlənim içində, yaddaşımda hər kitabəmin içində matəm
Qoy bu nəğmə leysan olsun
Soyutsum içimi ləpələriylə, həsrət alovu yandıranda ciyərlərimi
Qoy bu nəğmə insan olsun,
Mənə yaxın məndən, sevgilim olsun oxusun göz yaşıyla əsərlərimi.
Qoy bu nəğmə əbədi qalsın
İllərin məsafəsiz axınlarında desinlər bir dəli bunu yazdı
Qoy bu nəğmə məktub olsun
Göndərilsin hər tənha qəlbə, yaralı ürəyə, anlasın ki tək deyil
Piyalələr, doldu yağışlarla yağdı içimə yağışlar
Yenə də evinə tələsib qaçışacaq piyadalar
Röyadayam, ac köpəklər sümüyümü gəmirdikcə
Sufi dərviş güc verirdi səbrimə, iradəmə
Minarələr səmanın üzünü
Tutaraq aparır içimi, çölümü
Yardanın hüzuruna qanlı günahlarla gəldim
Parçalandı qış baharla
Qar adamı da əridi səhərə
Bilmirəm rəhm edərmi,
Tanrı məni məhv edərmi
Gözlərimlə şahid oldum,
Sevgilər can verəndə
Qanlı öskürəklə baxıram üzünə,
Ağlıya da bilmirəm
Daxmamın qarşısında kor dilənç yoxdu
Verməyə heç nəyim, qapını bağlıya da bilmirəm
Yoruldum atdım içimə daş, dərinliyimi bilmək üçün
Əks-sədası gəlmir, hələ də sonum arada
100 illik yuxudan oyanmış körpə kimiyəm
Yaddaşım silindi, mən kiməm ki, mənim adım Qaraqan

Günlər ilərdə vərəq qalmadı, itirdim
Neçə qələmdə mürəkkəb, atmadım doğmadı
Saxladım, Tək göründüm hər kəsə
Təkəm sandılar, yanımdaydın heç darıxmadım
Amma yenə də dön yanımda cismin olsun
Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq bu qədər asandı
Dön nəğmə yazacam sənin dönüşünə
Yorğun gözlərim baxır, yolun sonunda ölümlə görüşümə gecikirəm




Qoy bu nəğmə tənha qalsın,
Günəşdən ilham alsın,
Ağ vərəqdə qaralansın,
Batsın dərin fikirlərdə
Ürəylərdə qoy bu nəğmə
Köməyə gələn yoldaş olsun
Kədərindən xəbər verən
Gözdən axan yaşla dolsun
Sətirlərimə sevgi qonsun
Hər insan bir mələyə dönsün
Qara donlu gecələr,
Ümid gətirən səhərə dönsün
Qoy bu nəğmə gülüşüntək
Güllər açsın səhralarda
Xoşbəxtlikdi məqsədim,
Axtarıram dumanlıqda
Xəyallarım həddi aşır
Qoy bu nəğmə sərhəd olsun
Həyatından bəhs edək
Qoy bu nəğmə qeybət olsun
Sona çatır hər nağıl
Qoy bu nəğmə sonsuz olsun
Nəğmələrdə mövzu şərtdi
Qoy bu nəğmə onsuz olsun
Uzaqlarda buludların arxasından boylanan
Ulduzların simasında parıltılı həsrət var
Nəğmən üzdə gülüş olsun,
Ulduzlarçun oxunulsun
Çox heyif ki gülüşlərin kölgəsində kədər gəzir
Gəzintilər səbəbsizdi
Etiraflar ürəksizdi
Yalvarışlar ümidsizsə
Qoy bu nəğmə ümid olsun
Kaş ancaq gecə yuxularında üzdə qorxu olsun
Gördüyümüz hər şirin yuxu birdən doğru olsun
Hər tərəfdən günəş çıxsın
Qoy bu nəğmə yalan olsun
İllər ötüb keçsə də
Bu nəğməni duyan olsun
Hər bir kəsdən gizlənək
Gülüş sirrimiz olsun
Buludlarda rəqs edək
Qoy bu nəğmə bizim olsun


Günlər ilərdə vərəq qalmadı, itirdim
Neçə qələmdə mürəkkəb, atmadım doğmadı
Saxladım, Tək göründüm hər kəsə
Təkəm sandılar, yanımdaydın heç darıxmadım
Amma yenə də dön yanımda cismin olsun
Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq bu qədər asandı
Dön nəğmə yazacam sənin dönüşünə
Yorğun gözlərim baxır, yolun sonunda ölümlə görüşümə gecikirəm.....
Просмотров: 976 | Добавил: KabuS | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
   + Copyright © 2002-2009 Бесплатный конструктор сайтов - uCoz  

Design by djanonym - . WareZ-TeaM

© 2009.